AZ

Donald Tramp Vladimir Putinə 10-12 gün vaxt verdi

Rusiya prezidenti Vladimir Putin 10-12 gün ərzində Ukrayna ilə sülh sazişi bağlamasa, ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək.

Tramp bunu iyulun 28-də Böyük Britaniyanın baş naziri Key Starmerlə “Fox News” telekanalı tərəfindən yayımlanan birgə mətbuat konfransı zamanı deyib.
Bundan əvvəl Tramp Putinin hərəkətlərindən məyus olduğunu və Moskva ilə Kiyev arasında sülh sazişinin bağlanması üçün əvvəlcədən elan edilmiş 50 günlük müddəti azaltmağı planlaşdırdığını bildirib. Ağ Ev rəhbəri belə bir addıma iyulun 25-də eyham vurmuşdu.

Tramp həmçinin bildirib ki, heç bir irəliləyiş görmür: “Mən “10-12 gün” dedim və bunu axşam və ya sabah açıqlayacağam. Cavabı bilsəniz, gözləməyin mənası yoxdur. Bu, sanksiyalar görünür, ikinci dərəcəli tariflər olacaq”, – Amerika prezidenti qeyd edib.

Ağ Ev rəhbəri “rusları sevdiyini” qeyd edib, onları “böyük insanlar” adlandırıb və əlavə edib ki, sanksiyalar tətbiq etmək istəmir, lakin Ukraynaya qarşı müharibənin “qanlı” olduğunu və bu müharibədə həddən artıq çox insanın həlak olduğunu vurğulayıb. Onun sözlərinə görə, həm Rusiya, həm də Ukrayna hər həftə 7 min əsgər itirir.

//Samir Qurbanov, Editor.az

Seçilən
7
1
editor.az

2Mənbələr