"Fransanın Fələstin dövlətini tanımaq qərarı digər Qərb ölkələrinə də eyni addımı atmaq üçün stimul verəcək"
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Fransanın xarici işlər naziri Jan-Noel Barrot deyib.
O, Səudiyyə Ərəbistanının həmkarı Feysəl bin Fərhan ilə birgə mətbuat konfransında bildirib ki, problem BMT-nin qətnamələri çərçivəsində həllini tampalıdır: "Bu Fransanın müdafiə etdiyi tarixi mövqedir. Avropa İttifaqı İsraildən Fələstin Muxtariyyətinə qarşı maliyyə blokadasını aradan qaldırmağı və 2 milyard avroluq borcunu ödəməyi, İordan çayının qərb sahilində qeyri-qanuni məskunlaşmaları genişləndirən və Fələstin dövlətinin ərazi bütövlüyünü təhdid edən E1 layihəsindən imtina etməyi tələbini qaldırmalıdır...".
Tahir Şəlvəli
MİA.AZ