AZ

“Bayer”i İngiltərə klubuna dəyişir

Almaniyanın “Bayer” klubunun vingeri Amin Adli karyerasını İngiltərədə davam etdirə bilər.

90deqiqe.Az-ın "Bild"ə istinadən verdiyi məlumata görə, “Vulverhempton” 25 yaşlı futbolçunu cinah hücumlarını gücləndirmək məqsədilə transfer etmək istəyir. Artıq klublar arasında ilkin danışıqlara da start verilib.

“Bayer” futbolçunu satmağa müsbət yanaşır, lakin Adlinin transferindən azı 30 milyon avro qazanmaq istəyir. Qeyd edək ki, "Transfermarkt" portalı oyunçunu 18 milyon avro dəyərində qiymətləndirir.

Amin Adli ötən mövsüm Almaniya Bundesliqasında 28 oyun keçirib, 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
7
90deqiqe.az

1Mənbələr