Almaniya İordaniya ilə birlikdə Qəzza zolağına humanitar yardım çatdırmaq üçün “hava körpüsü” yaradacaq.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Kansleri Fridrix Merts nazirliklərin və təhlükəsizlik qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən Təhlükəsizlik Şurasının iclasının yekununda bildirib.
Kanslerin sözlərinə görə, müdafiə naziri Boris Pistorius artıq qida və dərmanların hava ilə çatdırılmasında iştirak etməyə hazır olduqlarını bildirən Fransa və Böyük Britaniya ilə hərəkətləri koordinasiya edəcək.
“Qəzzada dinc əhalinin əzablarına ən qısa zamanda son qoymaq istəyirik”, - Merts vurğulayıb.