AZ

Eysmont: Lukaşenko və Putin yaxın günlərdə görüşə bilər

Belarus prezidenti Aleksandr Lukaşenko yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putinlə təkbətək görüş keçirmək barədə razılığa gəlməyi planlaşdırır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS agentliyinə Belarus prezidentinin mətbuat katibi Natalya Eysmont məlumat verib.

Onun sözlərinə görə, Belarus və Rusiya prezidentlərinin hər zaman müzakirə etməli mövzuları olur.

Eysmont bildirib ki, son telefon danışığı zamanı liderlər proqram xarakterli məsələlərə toxunmayıblar.

“Telefonla müzakirə etmək üçün ümumiyyətlə uyğun olmayan mövzular var. Prezidentlər yaxın vaxtda görüş barədə razılaşacaqlar və bütün ən vacib, ciddi məsələləri təkbətək müzakirə edəcəklər”, – deyə mətbuat katibi əlavə edib.

Seçilən
4
nocomment.az

1Mənbələr