“Telegram” messencerinin həmtəsisçisi Pavel Durovun dindirilməsi başa çatıb.
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, o, Paris məhkəməsinin binasını tərk edib.
Məlumata görə dindirmə doqquz saatdan çox davam edib. Durov çıxışda onu gözləyən jurnalistlərə açıqlama verməkdən imtina edib.