AZ

ABŞ liderinin əlindəki qrimin səbəbi nədir?- VİDEO

ABŞ prezidenti Donald Trampın Böyük Britaniyanın Baş naziri Kir Starmerlə görüşü zamanı Fox News telekanalı maraqlı görüntü yayımlayıb.

KONKRET.az xəbər verir ki, kanal Trampın qrimlənmiş və yaxın planda göstərilən əlini efirdə nümayiş etdirib.

Məlumata görə, daha əvvəl Ağ Ev Trampın tibbi müayinədən keçdiyini və nəticədə onda xroniki venoz çatışmazlıq (XVÇ) aşkarlandığını təsdiqləmişdi.

XVÇ — geniş yayılmış damar xəstəliyidir. Bu halda zədələnmiş damarlar qanı ürəyə effektiv şəkildə qaytara bilmir, nəticədə qan əsasən ayaqlarda toplanır. Xəstəlik ödem, ağırlıq hissi, varikoz, dərinin rənginin dəyişməsi və hətta yaraların yaranması ilə müşayiət oluna bilər.

Ağ Evin açıqlamasında qeyd olunur ki, Trampda xəstəlik yüngül formada keçir və onun sağlamlığına, xüsusilə də yaşı nəzərə alınmaqla, təhlükə yaratmır. Həmçinin vurğulanıb ki, sabiq prezidentin dərin damarlarında və ya ürəyində hər hansı problem aşkarlanmayıb.

Natiq Səlim,
KONKRET.az

Seçilən
7
konkret.az

1Mənbələr