Ölkənin aparıcı banklarından olan "Kapital Bank" (Birbank) müştəri sayı artdıqca xidmətin keyfiyyətini yüksəltmək əvəzinə bu sahədə daha da böyük tənəzzül yaşayır.
Mia.az xəbər verir ki, bankın mobil tətbiqində təklif olunan bir sıra xidmətlər əslində mövcud deyil, yaxud problemlidir.
Əlbəttə, pullu müştərilər bank üçün prioritet olmalıdı. Amma kasıb təbəqə niyə mövcud olmayan, yaxud problemli xidmətlərə cəlb edilərək aldadılır?
Amma məsələn, pullu müştərilər, Biznes kart sifariş verənlər də eyni etinasız münasibətlə üz-üzə qalırmı?
Xeyr. Çünki onlar çatdırılma xidmətinə görə 5 AZN pul ödəyir.
Kapital bankın çatdırılma, yəni, poçt-kuryer işinin necə təşkil olunduğuna dair bir kiçik araşdırma aparmaq istədik və məlum oldu ki, bu barədə heç bir açıq informasiya resursu yoxdur. Mütəxəssislərin bildirdiyinə görə, belə xidmətlər banklar tərəfindən satınalma yoluyla alınır. Amma Kapital bankın bu xidmətə dair satınalma müqaviləsinin kiminlə bağladığını öyrənə bilmədik. Bu barədə nə kotirovka sorğusu, nə də tender barədə məlumat var. Bəlkə Bank bu xidmətləri bir mənbədən satınalma ilə həyata keçirib? Amma belə olan halda da, sual yaranır: poçt-kuryer işinin hansı unikallığı var ki, Kapital Bank onu bir mənbədən satınalma ilə həll etsin? Bundan daha böyük sual: Antiinhisar buna necə razılıq verib?
Zülfiyyə Musyafayeva
mia.az