AZ

Klimov: Trampın ultimatumları imicini qorumağa yönəlib

ABŞ prezidenti Donald Trampın Rusiya qarşısında Ukrayna münaqişəsinin həlli ilə bağlı yeni müddətlərin qoyulması barədə ultimatumu onun ictimai imicini qorumağa yönəlib.

NOCOMMENT.az xəbər verir ki, bu fikri Rusiya Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsi sədrinin müavini Andrey Klimov “Lenta.ru”ya açıqlamasında bildirib.

Klimovun fikrincə, Tramp sosial şəbəkələri izləyir və barəsində yazılan fikirləri görür. O, istisna etmir ki, bəzilərinin Trampı Rusiya prezidenti Vladimir Putinə dəstək verməkdə ittiham etdiyini görür və bu təsəvvürü dağıtmaq üçün Rusiyaya belə ultimatumlar irəli sürür.

“Məncə, Tramp bu imici dağıtmaq üçün bu cür ritorika seçir. Özünüz də anlayırsınız ki, o, elə bu uğurla Rusiyaya münaqişənin həlli üçün sadəcə 48 saat da verə bilərdi”, – deyə Klimov qeyd edib.

Seçilən
9
nocomment.az

1Mənbələr