AZ

Yunanıstanda müharibəyə hazırlıq BAŞLADI: Ankara hərəkətə keçir

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Yunanıstan hökuməti Egey dənizində yerləşən adalarda hərbi hazırlığı artırmaq məqsədilə yeni müdafiə strategiyasını işə salıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin nüfuzlu “Kathimerini” qəzeti məlumat yayıb.

Rəsmi Afinanın narahatlığı adaların Yunanıstan materikindən uzaq olması səbəbindən kritik vəziyyətlərdə müdafiə çətinliklərinin yarana biləcəyidir. Bu səbəbdən “Gündəm 2030” adlı yeni müdafiə strategiyası çərçivəsində adalarda yerləşən hərbi bölmələrin özünü təmin edən və muxtar şəkildə fəaliyyət göstərə bilən quruluşlara çevrilməsi planlaşdırılır.

Yunanıstan Silahlı Qüvvələri bu plan çərçivəsində Egey adalarında yerləşən kiçik hərbi birliklərin qida, enerji və içməli su kimi əsas ehtiyaclarını özləri təmin etməsinə şərait yaratmağı hədəfləyir.

Həmçinin oxuyun:

Prezident yerli televiziya kanallarına müsahibə verdi – FOTOLAR / VİDEO

Strateji konsepsiya Ukraynada kiçik hərbi qrupların geniş əraziyə nəzarət edən Rusiya qüvvələrinə qarşı göstərdiyi müqavimət modeli əsasında hazırlanıb. Plan bu birliklərin sürətli qərarvermə qabiliyyətinə və kənardan əmr gözləmədən fəaliyyət göstərməsinə imkan verməyi nəzərdə tutur.

Müdafiə Nazirliyinin Tədqiqat, Texnologiya və İnnovasiya Mərkəzi illərdir bu istiqamətdə fəaliyyət göstərir. Onların diqqət mərkəzində minimum su ilə kənd təsərrüfatı, dəniz suyunun təmizlənməsi, içməli su istehsalı və günəş panelləri ilə enerji təminatı kimi innovativ həllər yer alır.

Son 50 ildə müdafiə planlarını əsasən Türkiyəyə qarşı strategiya üzərində quran Yunanıstan indi mümkün paralel hücum və blokadalar riskini nəzərə alaraq Egey adalarının eyni vaxtda və effektiv şəkildə müdafiəsi üçün hazırlıqları intensivləşdirir. Bu barədə rəsmi Ankara açıqlama verməsə də, prosesi yaxından izlədiyi məlumdur.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
1
globalinfo.az

2Mənbələr