Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.
Parkinqdən çıxmaq istəyən qadın sürücü dörd avtomobilə ziyan vurub. Avtosfer.az xəbər verir ki, Rusiyanın Ufa şəhərində baş verən hadisənin görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. “Renault Kaptur”un 44 yaşlı xanım sürücüsü park etdiyi avtomobili hərəkətə gətirmək istəyərkən anidən qaz ilə əyləc pedalını tənzimləyə bilməyib və nəqliyyat vasitəsini park edilmiş "Lada Largus"a çırpıb. Zərbənin təsirindən “Lada” da daxil olmaqla 4 avtomobil bir-birinə dəyib.
Sözügedən hadisənin videosunu təqdim edirik:
Namiq Musayev
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.