AZ

Zelenski SBU-nun səlahiyyətlərini gücləndirən qanunu imzaladı: Ştat sayı artırılır

Ukrayna Prezidenti Vladimir Zelenski iyulun 28-də Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) səlahiyyətlərini genişləndirən və əməkdaşlarının sayını artıran qanunu imzalayıb. Dövlət başçısı bu barədə axşam müraciətində məlumat verib.

“Qanun SBU-ya döyüş tapşırıqlarını yerinə yetirmək, işğalçını məhv etmək və Ukraynanın müdafiəsi üzrə xüsusi əməliyyatlar aparmaq üçün daha geniş imkanlar verir. Xüsusilə SBU-nun “A” Xüsusi Əməliyyatlar Mərkəzinin bölmələri üçün ştat artırılır – bu, ən effektiv döyüşçülərimizdəndir”, – deyə Zelenski bildirib.

13353 saylı qanun layihəsinə əsasən, SBU əməkdaşlarının ümumi sayı dinc dövrdə 27 mindən 37 minə, xüsusi dövrdə isə 31 mindən 41 minə qədər artırılır.

Yeni qanunun əsas məqsədi SBU-nun xüsusi əməliyyatlar keçirmək, əks-kəşfiyyat tədbirləri və ölkənin milli təhlükəsizliyini qorumaq qabiliyyətini gücləndirməkdir.

//Samir Qurbanov, Editor.az

Seçilən
16
editor.az

1Mənbələr