AZ

Kafe sahibi ofisiant işləyən qadına xəsarət yetirdi TƏFƏRRÜAT

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakının Xəzər rayonunda kafe sahibi ilə ofisiant işləyən qadın arasında dava olub. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin aprelin 24-də Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində yerləşən “Talış mətbəxi” adlı kafedə baş verib. Lerik rayon sakini, 1970-ci il təvəllüdlü Hikmət həmin gün gecə saat 01:00-da kafedə ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşaiət edən qərəzli hərəkətlər edib. O, kafedə xidmətçi işləyən Sevdanı heç bir əsaslı səbəb olmadan onun sinəsindən qəsdən zərbə ilə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisəni törədən Hikmətin barəsində Cinayət Məcəlləsinin 221.1-ci  (xuliqanlıq - yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.Cinayət işi üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Binə qəsəbəsində olan “Talış mətbəxi” adlı kafeni icarə əsasında işlədir: “Aprelin 24-də, gecə saat 01:00-da həmin kafeyə getdim. Həmin vaxtı kafedə təxminən 7 nəfər müştərinin olduğunu gördüm. Bu vaxt Məlahət evə getmək istədiyini bildirdi. Mən də Məlahətə “kafedə hələ müştəri var, müştərini yola salıb, səni taksi ilə yola salacam” dedim. Məlahət isə mübahisə edərək təhqiredici sözlər işlətdi, stolun üstündə mənə məxsus qabları və stəkanları yerə çırparaq sındırmağa başladı. Bu səbəblə də əsəbləşərək əlim ilə onun sinəsindən kənara itələdim. Sonra kafedən çölə çıxarmaq istəsəm də, Məlahətin buna imkan vermədi, mənimlə əlbəyaxa oldu. Məlahətin sinəsindən əlim ilə bir zərbə vuraraq sakitləşdirmək istədim”.İş üzrə zərərçəkmiş qismində ifadə verən Məlahətin sözlərinə görə, aprelin 23-də işlədiyi iş yerinə gedib: “Axşam saatlarında Hikmətə bir yerə qonaq gedəcəyimi və kafeyə onun baxmağını xahiş etdim. Aprelin 24-də, gecə saat 01:00-da Hikmət kafeyə gəldi. Hikmətə evə getmək istədiyimi, çox yorulduğumu dedim. Həmin vaxt təqsirləndirilən şəxs pivə bakalını yerə çırparaq sındırdı. Daha sonra əsəbləşərək sinəmdən qəsdən yumruq zərbəsi ilə vurdu. Bu barədə dərhal Daxili İşlər Nazirliyinin 102 qaynat xəttinə zəng edərək hadisə barədə məlumat verdim”.Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Hikmət 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası alıb. 

Təqsirləndirilən şəxsin yaşadığı ünvanı axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Xəzər rayonu ərazisini tərk etməmək vəzifəsi qoyulub. 

Ona məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb. Fariz Məlikli

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
demokrat.az

2Mənbələr