AZ

ABŞ-da kazino yaxınlığında atışma olub, ölənlər var

Vaşinqton, 28 iyul, AZƏRTAC

ABŞ-ın Nevada ştatında kazino yaxınlığında atışma olub.

AZƏRTAC-ın məlumatına görə, hadisə Reno şəhərində baş verib.

Atışma nəticəsində iki nəfər ölüb, üç nəfər xəsarət alıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxsə qarşı polis atəş açıb və o, yaralanıb. Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyəti ilə bağlı hələlik heç bir məlumat verilməyib.

Polis hazırda ictimaiyyət üçün qorxulu vəziyyətin olmadığını açıqlayıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
30
2
azertag.az

3Mənbələr