AZ

Almaniya Ukraynaya 11 ədəd IRIS-T SLM hava hücumundan müdafiə sistemi verəcək

Ukraynanın Almaniyadakı səfiri Aleksey Makeyev bildirib ki, Almaniya Ukrayna Silahlı Qüvvələrinə (USQ) 11 ədəd IRIS-T SLM zenit-raket kompleksi tədarük edəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Almaniyanın N-tv telekanalı məlumat yayıb.

Hazırda Ukrayna ordusunun istifadəsində yeddi ədəd IRIS-T SLM sistemi mövcuddur. Daha 11 kompleks gələcəkdə Ukrayna Silahlı Qüvvələrinin sərəncamına veriləcək. Bundan əlavə, Ukrayna ordusu qısa məsafəli əməliyyatlar üçün nəzərdə tutulmuş IRIS-T SLS sistemindən də istifadə edir.

Səfirin sözlərinə görə, IRIS-T sistemləri əvvəlcə ballistik raketlərin ələ keçirilməsi üçün nəzərdə tutulmayıb, lakin Ukraynalı hərbçilər bəzi hallarda bunun mümkün olduğunu bildiriblər.

Seçilən
7
nocomment.az

1Mənbələr