AZ

İslamı qəbul edən əfsanəvi boksçu öldü

Məşhur amerikalı boksçu Duayt Məhəmməd Qavi 72 yaşında vəfat edib.

 

Sfera.az xəbər verir ki, bu barədə ESPN onun bacısı Vanda Kinqə istinadən məlumat yayıb.

 

Qadının dediyinə görə, onun qardaşı son 5 ildə demensiyadan əziyyət çəkirmiş. O, cümə günü, iyulun 25-də vəfat edib.

 

Duayt Brekston İslamı qəbul etdikdən sonra 1982-ci ildə adını dəyişib. O, yüngül çəkidə WBC çempionu (1981-83) və WBA ağır çəki çempionudur (1985-86). Qaqi 2004-cü ildə Beynəlxalq Boks Şöhrət Zalına daxil edilib.

Seçilən
10
2
sfera.az

3Mənbələr