İngiltərənin “Bernli” klubu “Vulverhempton”un qapıçısı Sem Constona maraq göstərir.
90deqiqe.Az-ın "The Sun"a istinadən verdiyi məlumata görə, “Bernli” rəhbərliyi Ceyms Trafordun “Mançester Siti”yə mümkün keçidini nəzərə alaraq yeni qapıçı axtarışındadır. Conston bu vəzifə üçün əsas namizədlərdən biri kimi qiymətləndirilir. Artıq futbolçunun agenti ilə əlaqə saxlanılıb.
“Vulverhempton” 32 yaşlı qolkiperi təxminən 10 milyon avroya satmağa hazırdır. Eyni zamanda, icarə variantı da müzakirə olunur.
Qeyd edək ki, Conston ötən mövsüm 10 oyunda forma geyinib və bu matçlarda 19 qol buraxıb. Transfermarkt portalı onu 6 milyon avro dəyərində qiymətləndirir.