AZ

Serbiya Rusiyaya qarşı sanksiya tətbiq etməyəcək

Serbiya Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək. Bu barədə ölkənin Avropa inteqrasiyası üzrə naziri Nemanya Staroviç RIA Novosti-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı şəxsi mövqeyi Serbiya hökumətinin siyasəti ilə üst-üstə düşür və hökumətə Curo Matsut rəhbərlik etdiyi müddətdə Moskvaya qarşı heç bir məhdudiyyət tətbiq olunmayacaq.

Staroviç Serbiyanın sanksiyalardan imtina etməsinin üç əsas səbəbini sadalayıb:

Dəyərlərə əsaslanan səbəblər – “Biz hesab edirik ki, sanksiyalar beynəlxalq siyasətdə düzgün vasitə deyil”.

İqtisadi səbəblər – “Sanksiyaların tətbiqi Serbiya iqtisadiyyatına ciddi ziyan vuracaq”.

Siyasi səbəblər – “Bu, Serbiyanın Rusiya ilə ənənəvi olaraq vacib və dəyərli olan münasibətlərini təhlükə altına qoya bilər”.

//Samir Qurbanov, Editor.az

Seçilən
4
editor.az

1Mənbələr