AZ

Ali təhsilli gənclər niyə iş tapa bilmir? -

Son zamanlar ali məktəb məzunlarının iş tapmaqda çətinlik çəkməsi ictimai müzakirə mövzusuna çevrilib.Bu problemin əsas səbəbləri ilə bağlı iqtisadi ekspert Emin Qəribli Metbuat.az-a açıqlama verib. Metbuat.az mövzu ilə bağlı iqtisadi ekspert Emin Qəriblidən açıqlama alıb. Ekspert bildirib ki, təhsil sistemi texnologiyaların inkişafına adekvat cavab verə bilmir:"Bu reytinqlərin müəyyənləşdirilməsində əsas meyarlardan biri də məzunların iş tapma göstəricisidir. Əgər universitet bu problemi həll edə bilmirsə, reytinqdə irəliləyişi mümkün olmur. Hazırda bu məsələlərlə bağlı hökumət səviyyəsində müxtəlif işçi qrupları fəaliyyət göstərir.ən də bu qruplardan birində iştirak edirəm. Məsələ ciddi şəkildə müzakirə olunur və addımlar mərhələli şəkildə atılır. Bu, təkcə ölkəmiz üçün deyil, ümumiyyətlə, qlobal səviyyədə vacib məsələdir. Bir çox futuroloqlar hesab edirlər ki, əgər universitetlər bu problemi həll etməsələr, gələcəkdə onların cəmiyyətdəki rolu və əhəmiyyəti ciddi şəkildə azalacaq. Elə beynəlxalq təşkilatların və hökumətlərarası platformaların toplantılarında da bu mövzu mütəmadi olaraq gündəmə gətirilir.Ekspertin sözlərinə görə, əsas problem təhsil sisteminin sürətlə dəyişən texnologiyalara çox zaman ayaq uydura bilməməsidir:“İkişaf etmiş ölkələr bu problemi həll etmək üçün tədrisi real iqtisadiyyatla və praktiki proseslərlə uzlaşdırırlar. Nəzəri dərslərin həcmi azaldılır, əvəzində tələbələrə praktik bacarıqlar aşılanır. Gələcəkdə bu istiqamətdəki fərqlərin daha da artacağı gözlənilir və bu məsələ ölkəmiz üçün də olduqca aktualdır. Hazırda Azərbaycanda da bu sahədə problemlər var. Bir çox hallarda bəzi fənlər və mövcud yanaşmalar müasir dövrün tələbləri ilə üst-üstə düşmür. Məhz buna görə bu məsələlər gündəmdədir və müvafiq qurumlar tərəfindən müzakirə olunur. Xüsusilə də ali təhsil sahəsində Elmi Agentliyin yaradılması bu problemlərə daha konkret yanaşmanı təmin edir. Sevindirici haldır ki, son illər ərzində Azərbaycan universitetlərinin beynəlxalq reytinqlərdə mövqeyi nəzərəçarpacaq dərəcədə yaxşılaşıb. Məsələn, Bakı Dövlət Universiteti hazırda 687-ci pilləyə qədər yüksəlib. ADNSU və digər universitetlər isə ilk 900-lüyə daxil olublar. Bu reytinqlərin müəyyənləşdirilməsində əsas meyarlardan biri də məzunların iş tapma göstəricisidir. Əgər universitet bu problemi həll edə bilmirsə, reytinqdə irəliləyişi mümkün olmur”.Ekspert qeyd edib ki, hazırda bu məsələlərlə bağlı hökumət səviyyəsində müxtəlif işçi qrupları fəaliyyət göstərir: “Mən də bu qruplardan birində iştirak edirəm. Məsələ ciddi şəkildə müzakirə olunur və addımlar mərhələli şəkildə atılır. Bir çox futuroloqlar hesab edirlər ki, əgər universitetlər bu problemi həll etməsələr, gələcəkdə onların cəmiyyətdəki rolu və əhəmiyyəti ciddi şəkildə azalacaq. Elə beynəlxalq təşkilatların və hökumətlərarası platformaların toplantılarında da bu mövzu mütəmadi olaraq gündəmə gətirilir”.

Ülkər Cəlilzadə / Metbuat.az

Seçilən
10
metbuat.az

1Mənbələr