UFC döyüşçüsü Şavkat Rahmonovun ailəsi avtomobil qəzasına uğrayıb. 

Offsideplus.az xəbər verir ki, qazaxıstanlı idmançının həyat yoldaşı və oğlunun olduğu maşında iki qadın (Şavkatın həyat yoldaşının rəfiqələri) dünyasını dəyişib. 

Döyüşçünün ailləsi dəhşətli qəzadan sağ çıxsa da, ciddi xəsarət alıblar. Onlar hadisədən sonra dərhal xəstəxanaya aparılıblar, hazırda durumları stabildir. 

"Toyota Land Cruiser 200" markalı avtomobilin sürücüsü idarəetməni itirdiyi və maşının çevrildiyi bildirilir.