Türkiyəli aktyor Cihan Ünal “Kuruluş Osman”dan ayrılan aktyor Burak Özçivitin yerinə serialın heyətinə qayıtmaq təklifi alıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Türkiyə KİV-də xəbərlər yayılıb.
Məlumata görə, Cihan Ünalın “Osman bəy” obrazının yaşlı versiyasını canlandırması nəzərdə tutulur.
Qeyd edək ki, C.Ünal hələ 1988-ci ildə “TRT1”də yayımlanan “Kuruluş Osmancık” tarixi serialında “Osman bəy” obrazını canlandırıb.
