AZ

Tayvan rəsmisi ABŞ və Latın Amerikası səfərlərini təxirə salındı

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Tayvanın yüksək vəzifəli rəsmisi Lai Qingde planlaşdırılan ABŞ və Latın Amerikası səfərlərini təxirə salıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Səfərlərin təxirə salınmasına əsas səbəb kimi Tayvanda hökm sürən əlverişsiz hava şəraiti göstərilsə də, digər mühüm amil kimi Taypey və Pekin arasında ABŞ-la aparılan ticarət danışıqları göstərilir. Bildirilir ki, bu səfərlər Pekinlə həssas diplomatik mərhələyə təsir göstərə bilər.

Tayvan hökumətinin sözçüsü Karen Ko jurnalistlərə açıqlamasında Lai Qingdenin yaxın gələcəkdə xaricə getməyi planlaşdırmadığını təsdiqləyib.

Məlumata görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası Lai Qingdenin Nyu-York və Dallasda qəbul edilməsinin Çinlə olan münasibətləri daha da gərginləşdirə biləcəyindən ehtiyat edir. ABŞ-Çin arasında mövcud ticarət danışıqları və Çin lideri Si Tsinpinlə mümkün görüş bu məsələdə əsas narahatlıq kimi göstərilir.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
globalinfo.az

1Mənbələr