AZ

Ermənistandan gözlənilməz addım: Yekaterinburqdakı fəxri konsulunu geri çağırdı

ain.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistan Yekaterinburqdakı fəxri konsulu Narek Spartakyanı geri çağırıb.

Bakupost.az xəbər verir ki, bu barədə “URA.ru” yazıb.

Nəşrin yazdığına görə, buna səbəb onun ölkə rəhbərliyinin erməni apostol kilsəsi ilə bağlı mövqeyi ilə razılaşmaması və iş adamı Samvel Karapetyanın həbsi olub.

Spartakyanın özü isə nəşrin müxbiri ilə söhbətində qeyd edib ki, o, Yekaterinburqda yaşayıb və bundan sonra da orada yaşayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
15
www.bakupost.az

10Mənbələr