"Telegram" sosial şəbəkəsinin təsisçisi Pavel Durov Paris məhkəməsində yenidən dindirilib.
Modern.az bu barədə AFP agentliyinə istinadla xəbər verir.
Qeyd olunub ki, Durov Parisdə müstəntiqlər tərəfindən platformanın cinayət fəaliyyətində əlinin olması ehtimalı ilə bağlı dindirilib.
Xatırladaq ki, bu il iyulun ortalarında Durov Fransa hökumətini söz azadlığına və texnoloji tərəqqiyə qarşı "səlib yürüşü"ndə ittiham edib.
O, ötən il avqustun 24-də Paris hava limanında saxlanılmış və dörd gün həbsdə qalmışdı.