AZ

Toyuq bulyonunun inanılmaz faydası açıqlanıb

Toyuq bulyonu oynaqları dəstəkləyir və dərinin vəziyyətini yaxşılaşdırır, həmçinin bədəndəki iltihabı azaldır.

Qaziler.az xəbər verir ki, bunu “Moika78”ə açıqlamasında həkim Yelena Syurakşinaya deyib. O qeyd edib ki, bundan əlavə, toyub bulyonu mədə-bağırsaq traktının işini yaxşılaşdırır və soyuqdəymə zamanı kömək edir.

Həkim vurğulayıb ki, yalnız antibiotiksiz yetişdirilən ətdən düzgün hazırlanmış bulyon faydalıdır. Syurakşina qeyd edib ki, yemək bişirərkən bütün vacib nüanslara riayət etmək son dərəcə əhəmiyyətlidir.

“Əks halda şorba zərərli maddələrin mənbəyinə çevrilə bilər. Düzgün hazırlanmayan bulyon xüsusilə uşaqlar, hamilə qadınlar və yaşlılar üçün təhlükəlidir”, - deyə həkim xəbərdarlıq edib.

QAZİLER.AZ

Seçilən
10
qaziler.az

1Mənbələr