AZ

Dünya çempionatında 4 bürünc medal şansı

ain.az, Apasport saytına istinadən bildirir.

Yunanıstanın paytaxtı Afinada U17 dünya çempionatına start verilib.

Apasport.az xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşi üzrə 48, 55, 65, 80 və 110 kq-da finalçılar müəyyənləşib.

Qurban Məcnunov (48 kq) debütdə qazaxıstanlı Nurdaulet Kumaruliylə bacarmayıb – 0:10.

Nihat Bəhmənov (55 kq) ermənistanlı Merujan Mxitaryana 5:1, rumıniyalı Patrik Kroitoruya isə 3:1 hesabıyla qalib gələrək 1/4 finala yüksəlib. Ancaq onun yarımfinal yolunu qazaxıstanlı Nurali Askar (0:2) bağlayıb.

Hüseyn İsgəndərov (65 kq) ilk mərhələdə niderlandlı Mate Van Osu çətinliklə üstələyib – 5:4. Lakin 1/8 finalda ermənistanlı Janes Nazaryan keçilməz olub – 1:9.

Nicat Yeylaqaliyev (80 kq) yunanıstanlı Stefanos Konstantinosla (8:0) qazaxıstanlı Mardanbek Maxkambayevi (13:5) vaxtından əvvəl mübarizədən kənarlaşdırıb. Nicat 1/4 finalda gürcüstanlı Luka Martiaşviliyə “tuş”la məğlub olub.

Rihad İbrahimli (110 kq) isə təsnifat mərhələsində özbəkistanlı Sayidəmir Nemətova uduzub – 0:10.

Rəqibləri finala yüksəldiyi üçün Qurban, Nihat, Hüseyn və Nicat sabah təsəlliverici görüşə çıxacaqlar.

Olimpiya çempionu 44 yaşında vəfat edib

Sərbəst güləşçilərimiz reytinq turnirində 5 medal qazanıblar

Çimərlik güləşi üzrə Azərbaycan çempionatına yekun vurulub - FOTO

İki güləşçimiz Macarıstanda gümüş medal qazanıb

Çimərlik güləşi üzrə Azərbaycan çempionatına start verilib

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
3
apasport.az

4Mənbələr