AZ

Prezidentin AZAL təyyarəsinin qəzası barədə açıqlaması dünya gündəmində

Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişdə bildirilib ki, Fransa mətbuatı III Qlobal Media Forumunda Prezident İlham Əliyevin çıxışına geniş yer ayırıb.

"Euronews"da əsas məqam AZAL aviaşirkətinə məxsus təyyarənin Rusiya səmasında vurulmasına və bu insidentlə bağlı rəsmi Bakının mövqeyinə yönəldilib. Xəbərdə vurğulanıb ki, Azərbaycan həmin məsələ ilə əlaqədar beynəlxalq məhkəmə sisteminə müraciət etmək niyyətindədir. Bildirilib ki, rəsmi Bakı Rusiyadan həlak olanların ailələrinə və yaralananlara təzminat ödənilməsini tələb edir.

Vyetnamın "VnExpress" nəşrində yayımlanan xəbərdə Prezident İlham Əliyevin Azərbaycanla Ermənistan arasında nizamlanma və sülh sazişinin imzalanmasına dair fikirləri yer alıb.

Qeyd olunub ki, Azərbaycan dövlət başçısı Əbu-Dabidə keçirilən görüşün nəticələrini şərh edərkən bildirib ki, sülh sazişi Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının yer aldığı konstitusiyasında dəyişiklik və ATƏT-in Minsk qrupunun buraxılmasından sonra imzalana bilər.

Ətraflı süjetdə:

Seçilən
9
1
far.az

2Mənbələr