Estoniya Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının Estoniyadakı müvəqqəti işlər vəkili Lenar Salimullini Rusiya sərhəd patrul gəmisinin guya Baltikyanı respublikanın dəniz sərhədini pozması ilə bağlı nota təqdim etmək üçün çağırıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS agentliyi nazirliyin saytına istinadən məlumat yayıb.
Məlumata görə, sərhəd pozuntusu Estoniya hakimiyyəti tərəfindən 26 iyul, şənbə günü, Finlandiya körfəzində, Vayndloo adası yaxınlığında qeydə alınıb.