AZ

Fransa baş naziri ABŞ ilə razılaşmaya qarşı çıxdı

Fransa Baş Naziri Fransua Bayrou Avropa İttifaqı ilə ABŞ arasında əldə olunan yeni ticarət razılaşmasını kəskin tənqid edib.Metbuat.az xəbər verir ki, bu barədə baş nazir “X” sosial şəbəkəsində paylaşım edib. Bayrou bu razılaşmanı “Avropa üçün qaranlıq gün” adlandırıb. O bildirib ki, ortaq dəyərlər və maraqlar əsasında qurulan ittifaqın geri çəkilməsi və güzəştə getməsi narahatedici haldır.

Razılaşmaya Fransa hökumətində başqa adlar da etiraz ediblər. Avropa işləri naziri Benjamin Haddad sazişin müvəqqəti sabitlik yaratdığını desə də, onun balanssız xarakter daşıdığını və ABŞ-ın ticarət təzyiqlərinə qarşı Avropanı yetərincə qoruya bilmədiyini vurğulayıb.

Seçilən
2
metbuat.az

1Mənbələr