
Böyük Britaniya Fələstini 2029-cu ilə qədər, yəni hazırkı parlamentin səlahiyyət müddəti bitmədən tanıya bilər.
Yeniavaz.com xəbər verir ki, bunu “Sky News” kanalının efirində Böyük Britaniyanın biznes və ticarət üzrə dövlət katibi Conatan Reynolds deyib.
“İndiki parlament çərçivəsində, bəli, əgər bu, bizə lazım olan sıçrayışa nail olmağa kömək edərsə”, - nazir məsələ ilə bağlı sualı cavablandırarkən deyib.
“Amma biz bunu yalnız bir dəfə edə bilərik. Bunu yalnız simvolik olaraq etsək, bu, bu münaqişənin sona çatmasına səbəb olmayacaq”, - o əlavə edib.