Redaktor.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
"Düşünürəm ki, qəbul imtahanında 100 baldan aşağı nəticə göstərən abituriyentlərin attestatla xaricə təhsil üçün göndərilməsinə qanunvericilikdə məhdudiyyət qoyulmalıdır. Çünki təcrübə göstərir ki, bəzi tələbələr illərlə ikinci kursda ilişib qalır və valideynlərini yanlış məlumatlandırır, bəzən isə onlara təhsillərini davam etdirərək magistraturada oxuduqlarını bildirirlər".
Redaktor.az xəbər verir ki, bu fikirləri "Azərbaycan müəllimi"nə açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirib.
Onun fikrincə, əgər tələbə lazımi balı toplaya bilmirsə, peşə təhsilinə yönəldilməlidir.
"Peşə təhsili hazırda sürətlə inkişaf edir, məzuna subbakalavr dərəcəsi verilir və bitirdikdən sonra imtahansız ali məktəbə qəbul imkanı yaranır. Həm də peşə təhsilinin 70%-ə yaxını dövlət sifarişlidir.
Son illər Türkiyəyə göndərilən 5 minə yaxın tələbənin təxminən 2 mini təhsil almaqda çətinlik çəkir. Valideynlər bu risklər barədə mütəmadi maarifləndirilməlidirlər. Xaricdə təhsil üçün dövlət proqramına daxil olan universitetlər və ölkələrin siyahısı Elm və Təhsil Nazirliyinin saytında yerləşdirilib. Bu universitetlər dövlət tərəfindən tanınır. Əgər dövlət proqramı çərçivəsində təhsil almaq mümkün deyilsə, həmin universitetlərdə öz hesabına oxumaq da mümkündür və bu zaman diplomun tanınmasında heç bir problem olmur”, - deyə Nurəliyev qeyd edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.