AZ

Alonsonun "Real Madrid"dən görmək istəmədiyi futbolçuların sayı 5-ə çatdı

BAKI. 29 iyul. TELEQRAF

İspaniyanın "Real Madrid" klubundan göndəriləcək futbolçuların sayı 5-ə çatıb.

Teleqraf xəbər verir ki, komandanın baş məşqçisi Xabi Alonson qərarını avqustun 4-də açıqlayacaq.

Alonso Rodriqo, Ferlan Mendi, David Alaba, Dani Sebalyos və Endriklə görüşərək, onlarla birlikdə çalışmaq istəmədiyini bildirəcək.

Rodriqo, Mendi və Alabanın transferə çıxarılacağı gözlənilir. İldə 22,5 milyon avro qazanan Alaba müqaviləsini pozmaq istəmir. Braziliyalı Rodriqo ilə Avropanın bir çox klubları maraqlansa da, daha real variant İngiltərə "Arsenal"ıdır.

Qeyd edək ki, "Real Madrid" bu yay heyətini Din Höysen, Alvaro Karreras və Trent Aleksander-Arnold ilə gücləndirib. Komandaya gənc hücumçu Franko Mastantuono da gəlib. Luka Modriç, Lukas Vaskes və Xesus Valyexo isə klubu tərk edib.

Seçilən
10
teleqraf.com

1Mənbələr