AZ

Bu konfrans müharibəni uzadır - ABŞ-dan BMT-yə reaksiya

ABŞ BMT-də İsrail-Fələstin münaqişəsi ilə bağlı ikidövlətli həllə dair konfransdan imtina edib.

Publika.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin bəyanatında bildirilib.

Qeyd edilib ki, BMT səmərəsiz konfransa ev sahibliyi edir və bu, münaqişəni sona çatdırmaq üçün aparılan diplomatik səylərin içərisində reklamdır.

“Konfrans nəinki sülhü təşviq etmir hətta müharibəni uzadır. Bu, HƏMAS-ı cəsarətləndirəcək, addımlarına görə mükafatlandıracaq və sülhə nail olmaq istiqamətində göstərilən real səylərini sarsıdacaq”,- deyə bəyanatda vurğulanıb.

Seçilən
13
8
publika.az

10Mənbələr