“Qalatasaray” iki futbolçusu ilə müqavilə uzadıb.
İdmanxeber.az-ın məlumatına görə, Abdülkerim Bardakcı və Kaan Ayhanla sözləşmə yenilənib. Bu barədə rəsmi açıqlama verilib.
Abdülkerim Bardakcının yeni müqaviləsi 2027-ci, Kaan Ayhanınkı isə 2028-ci ilə qədər davam edəcək.
Hər iki futbolçu müdafiəçi mövqeyində çıxış edir.