ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Baku TV-nin "İdmanda nə baş verir?" podkastının növbəti buraxılışı yayımlanıb.
Bu dəfə verilişin qonağı idman jurnalisti İlqar Tağıyev olub. Buraxılışda Azərbaycan komandalarının avrokubokdakı çıxışı müzakirə edilib.
İlqar Tağıyevın sözlərinə görə, o, "Qarabağ"ın yeni mövsümdə asanlıqla çempion olacağını düşünmür:
"Komandada orta xətdə və cinahlarda problem olmasa da, hücumçu mövqeyində boşluqlar var. Ona görə də Ağdam təmsilçisi heyətinə güclü oyunçular cəlb etməlidir. "Qarabağ"ın indiki heyəti ilə Çempionlar Liqasının Liqa mərhələsində nə edəcəyi transferlərdən asılıdır".
O həmçinin "Araz-Naxçıvan" və "Aris" görüşündə narazı olduğu məsələlərdən danışıb.
"Bu, sarı vərəqələrlə bağlıdır. Oyun, ümumiyyətlə, kobud keçdi. Amma bir matçda 8 sarı vərəqə almaq komandanın nizam-intizamla bağlı ciddi problemlərinin olmasından xəbər verir. "Araz-Naxçıvan" bu məsələyə diqqət yetirsə, yaxşı olar", - deyə İlqar Tağıyev bildirib.
Ətraflı süjetdə:
İlqar Tağıyev : "Araz-Naxçıvan"ın 8 sarı vərəqə alması qəbuledilməzdir"
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.