AZ

Barselona müqaviləni uzatmaq üçün futbolçusuna şərt qoydu

ain.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Barselona” Frenki de Yonqla müqaviləni uzatmaq istəyir.

Sportal.az xəbər verir ki, "Mundo Deportivo"nun məlumatına görə, Kataloniya klubu yarımmüdafiəçidən yeni agentlə danışıqlara razılıq verməsini gözləyir. Əvvəlcə futbolçu hazırkı nümayəndəsi Ali Dursunla biznes əlaqələrini kəsməlidir. Onların arasında bir neçə aydır fikir ayrılıqları mövcuddur. Yalnız bundan sonra De Yonq “Barselona”ya danışıqlar aparılacaq rəsmi hüquqi şəxsin kim olduğunu bildirə biləcək.

Məlumata görə, “Barselona” niderlandlı futbolçu ilə 2028-ci ilə qədər yeni müqavilə və bir illik uzatma opsiyası ilə razılaşmaq niyyətindədir. Hazırkı müqavilə 2026-cı ilə qədər qüvvədədir.

Ötən La Liqa mövsümündə De Yonq 26 matçda iştirak edib, 2 qol vurub və 2 məhsuldar ötürmə verib.

saytlarin hazirlanmasi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
1
sportal.az

2Mənbələr