Axar.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
"Sumqayıt" klubu 2025/26 mövsümündə heyətini gücləndirmək üçün daha bir futbolçunun keçidini reallaşdırıb.
Axar.az xəbər verir ki, "kimyaçılar" ötən mövsümü "Zirə"də keçirmiş milli komandanın üzvü Rüstəm Əhmədzadə ilə 2+1 illik müqavilə imzalayıb. 24 yaşlı futbolçu "Sumqayıt"da 7 nömrəli formada çıxış edəcək.
Rüstəm müqavilə əsasında "Qarabağ"a məxsus olub.
Qeyd edək ki, "Sumqayıt" buna qədər Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli, Aleksandr Ramalinqom və Rayan Senhadjini heyətinə qatıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.