Uçuşlar qanunla müəyyən edilmiş qaydalara əsasən yerinə yetirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hava məkanından istifadə və uçuş Qaydaları”nda əksini tapıb.
Azərbaycan hava məkanında yerinə yetirilən bütün uçuşlar bu Qaydalarla tənzimlənir.
Dövlət və eksperimental aviasiyanın uçuşları isə Müdafiə Nazirliyi tərəfindən müəyyən edilən əlavə qaydalarla da tənzimlənə bilər.
Bu tənzimləmə uçuşların təhlükəsiz və nizamlı şəkildə həyata keçirilməsinə yönəlib.