Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması qərara alınan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qanunla müəyyən edilmiş müddətlərdə ölkəni tərk etməlidirlər.
Heftelik.az-ın məlumatına görə, bu, Miqrasiya Məcəlləsində əksini tapıb.
Müvafiq icra hakimiyyəti orqanı həmin şəxslərin müəyyən olunmuş müddətdə ölkəni tərk etməsini təmin edir.
Bu müddətlər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cəzaların İcrası məcəllələrində təsbit olunub.