AZ

Zelenskidən Trampın Rusiya bəyanatına reaksiya

ain.az bildirir, Axar.az portalına istinadən.

Prezident Donald Trampa insanların həyatının xilas edilməsinə və bu dəhşətli müharibənin dayandırılmasına diqqət yetirdiyinə görə təşəkkür edirəm.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski X hesabında yazıb.

O bildirib ki, Trampın son bəyanatı onun qətiyyətini və bu danışıqlarda aydın mövqenin olmasını göstərir:

“Ukrayna sülhə sadiq qalır və ölkələrimizi daha təhlükəsiz, güclü və firavan etmək üçün ABŞ ilə yorulmadan çalışacaq".

Qeyd edək ki, bundan öncə Tramp açıqlamasında Rusiya və ABŞ arasında Ukrayna ilə bağlı razılıq əldə olunması üçün özü tərəfindən müəyyən edilmiş vaxtı 10-12 günə endirəcəyini bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
2
axar.az

10Mənbələr