BAKI, 29 iyul. TELEQRAF
Fransa Avropa İttifaqı ilə ABŞ arasında ticarət sazişini pisləyib və onu “tabeçilik” adlandırıb.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlum olduğu kimi,çərçivə sazişi ABŞ-ın gələn aydan etibarən əksər AB mallarına 15% idxal tarifi tətbiq edəcəyini nəzərdə tutur.
Agentlik Fransanın baş naziri Fransua Bayrudan sitat gətirib: "Bu, ortaq dəyərləri təsdiqləmək və ümumi maraqları müdafiə etmək üçün birləşən azad xalqların ittifaqının tabeçiliklə barışdığıqaranlıq gündür".
Fransa prezidenti Emmanuel Makron isəsövdələşməni şərh etməyib.