"Zirə"
Salifu Sumanın gələcəyi ilə bağlı qərar qəbul edib. Zirənin eyniadlı klubu 21
yaşlı hücumçu ilə yollarını ayırıb. Bu haqda klubun Mətbuat xidməti məlumat
yayıb.
Suma İsveçin
"Malmö" klubuna transfer olub. Hücumçunun keçidi ilə bağlı tərəflər
arasında müqavilə bağlanılıb. "Zirə" Salifuya təşəkkür edib, gələcək
karyerasında uğurlar arzulayıb.
Qvineyalı forvard
2023-cü ilin yayından "Zirə"də oynayırdı. Qəsəbə klubu bu yay Rüstəm Əhmədzadə, Məqsəd
İsayev, Pyer Zebli və Yusuf Lavalla da vidalaşıb.