AZ

NATO ölkələrin hərbiləşdirilməsi sürətlə gedir - Qruşko

NATO-ya daxil olan ölkələrin hərbiləşdirilməsi sürətlə gedir.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirinin müavini Aleksandr Qruşko bildirib.

“Bu gün NATO ölkələrinin ümumi hərbi xərcləri nəhəng göstəricilərə – 1,5 trilyon dollara çatıb. Alyansa üzv Avropa ölkələri hərbi məqsədlərə 456 milyard dollar xərcləməyi planlaşdırır, bu isə müdafiə büdcələrinin ÜDM-in 5%-nə qədər artırılması deməkdir”, - Qruşko deyib.

Onun sözlərinə görə, bütün bu xərcləri vergi ödəyiciləri qarşılamalı olacaq.

Seçilən
52
2
axar.az

10Mənbələr