BAKI, 29 iyul. TELEQRAF
Çindəbaş verən təbii fəlakət nəticəsindəölkənin mərkəzindəlil və zibil seli maşınları və insanları yuyub aparır.
Teleqraf xəbər verir ki, Pekinin küçələrini su basıb, evlərin birinci mərtəbələri palçıqlı suyun altına qalıb.
Yerli medianın məlumatına görə, buna ötən gün metropolisə yağan güclü yağışlar səbəb olub.
Fəlakət nəticəsində iki nəfər ölüb.
Hakimiyyət Miyun rayonunda son 60 ilin ən güclü daşqınlarına görə təhlükənin ən yüksək səviyyəsini elan edib.
Bu səbəbdən 3 mindən çox sakin təxliyə edilib, qalanlarına küçələrə çıxmamaq və su hövzələrinə yaxınlaşmamaq tövsiyə olunub.