AZ

Ginnesin Rekordlar Kitabına düşmüş qadın boksçu öldü

Argentinalı qadın boksçu Alexandra Oliveras 47 yaşında vəfat edib.

Bakues.az xəbər verir ki, boks üzrə bir neçə titulun sahibi işemik insultdan dünyasını dəyişib.

Oliveras peşəkar karyerası ərzində döyüşlərindən 33 qələbə, 3 məğlubiyyət və 2 heç-heçə ilə ayrılıb. O, 6 çəki dərəcəsi üzrə bir sıra təşkilatların, o cümlədən, Ümumdünya Boks Şurası, Ümumdünya Boks Assosiasiyası və Ümumdünya Boks Təşkilatının çempion kəmərlərini əldə edib.

Tanınmış boksçunun adı 2 dəfə – 2013-cü ildə 4 dünya kəməri əldə etdiyi, 2017-ci ildə isə 5-ci kəmərini qazanaraq, şəxsi rekordunu yenilədiyi üçün Ginnesin Rekordlar Kitabına salınıb.

Seçilən
16
1
icma.az

2Mənbələr