AZ

Tramp Rusiyaya verdiyi möhləti qısaltdı - Video

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinə Ukrayna ilə sülh razılaşması əldə etmək üçün verdiyi 50 günlük müddəti 10-12 günə endirdiyini bildirib.

“Qafqazinfo” “Fox News” telekanalına istinadən xəbər verir ki, bu barədə o, Şotlandiyada Böyük Britaniyanın Baş naziri Kir Starmerlə çıxışı zamanı deyib.

“Mən bu gündən etibarən təxminən 10 və ya 12 günlük yeni son tarix təyin edəcəyəm. Gözləməyə heç bir səbəb yoxdur. Mən xoşniyyətli olmaq istəyirəm, lakin biz heç bir irəliləyiş görmürük”,- deyə Tramp bildirib.

O, Rusiyaya ikinci dərəcəli tariflər tətbiq edəcəyini təkrarlayıb.

Xatırladaq ki, Tramp Rusiyaya verdiyi müddəti azaltmaq qərarına gəldiyini açıqlamışdı.

Görüntüləri təqdim edirik:

Seçilən
52
2
qafqazinfo.az

10Mənbələr