AZ

PSJ “Qalatasaray”a xəbər göndərdi: Danışıqlara açığıq

PSJ Canluici Donnarumma ilə yaxın vaxtlarda qapıçının potensial gedişini müzakirə edəcəklər.

Publika.az xəbər verir ki, bu barədə jurnalist Saşa Tavolieri “X” sosial şəbəkəsində yazıb. Xatırladaq ki, futbolçu və klub 2026-cı ilə qədər hesablanan müqavilənin uzadılması ilə bağlı hələlik razılığa gəlməyib.

Mənbənin sözlərinə görə, bu həftə italiyalının gedişi ilə bağlı nəhayət qərarın verilməsi üçün iclas keçiriləcək. PSJ-nin Donnarummaya müdaxilə etməyəcəyi və xarici klubla danışıqlara açıq olduğu qeyd edilir. Ən çox maraqlananlar arasında “Çelsi” və “Qalatasaray” da var ki, onların artıq qapıçıya təklif göndərdikləri bildirilir.

2024/2025 mövsümündə Canluici bütün yarışlarda 47 oyun keçirib, 43 qol buraxıb. Bundan əlavə, Donnarumma 17 oyunda qapını oxunulmaz saxlayıb.

Seçilən
22
2
publika.az

10Mənbələr