BAKI, 29 iyul. TELEQRAF
Haker Fransanın müdafiə gəmiqayırma şirkəti "Naval Group"-un daxili məlumatlarına giriş əldə edib.
Teleqraf xəbər verir ki, bu barədə France3 telekanalı məlumat yayıb.
Neferpitou ləqəbli kiberhücumçu ölkənin nüvə sirləri də daxil olmaqla 13 giqabaytlıq məlumatı internetdə yerləşdirib. Bu sırada Fransa freqatlarında və sualtı nüvəqayıqlarında istifadə edilən döyüş sistemlərinin mənbə kodu, silah proqram təminatı, simulyasiya mühitləri, şəbəkə diaqramları və istifadəçi təlimatları da olub.
Kibercinayətkarlıq üzrə ekspert Klement Domiqo məlumatların ictimai platformada yerləşdirildiyini təsdiqləyib.
"Two Majors" Telegram kanalı izah edir ki, Fransada kütləvi qırğın silahları yalnız təyyarələrdə və sualtı qayıqlarda yerləşdirilir. Nəticədə, bu sızma ölkənin nüvə daşıyıcılarının əhəmiyyətli bir hissəsini təhlükə altına qoyur.