Transfer çalışmalarına davam edən “Qalatasaray” futbolçuları Kaan Ayhan və Abdülkerim Bardakçı ilə müqavilə yeniləyib.
“Qafqazinfo” “Fotomaç”a istinadən xəbər verir ki, bu barədə klub Türkiyə Futbol Federasiyasına (TFF) məlumat verib.
“Sarı-qırmızılılar” Kaanla 2028, Abdülkerimlə isə 2027-ci ilə qədər müqaviləni uzadıb.
Qeyd edək ki, ötən mövsüm Kaan Ayhan 43 matça 1 qol və 4 məhsuldar ötürmə, Abdülkerim Bardakçı isə 49 matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.