AZ

Fransa Netanyahunun vəkilinin qətli ilə bağlı mümkün sifarişi araşdırır

BAKI, 29 iyul.TELEQRAF

Fransa hakimiyyəti İsrailin Baş naziri Binyamin Netanyahunun vəkili Olivye Pardonun öldürülməsi sifarişi ilə bağlı araşdırmaya başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə"Frans Press" agentliyi Paris prokurorluğuna istinadən məlumat yayıb.

Məlumata görə, O.Pardo bu barədə keçmiş məhbuslardan biri, əvvəllər polisə məlumat ötürməklə məşğul olan Rudi Terranovanın açıqlamasından sonra danışıb. R.Terranova iyulun 16-da Seneqala səfəri zamanı ona bildirib ki, Hizbullah hərəkatı üzvlərindən vəkilə sui-qəsd sifarişi alıbmış. O, O.Pardonun İsrail Baş naziri ilə işlədiyi üçün hədəf seçildiyini də qeyd edib.

Seçilən
1
teleqraf.com

1Mənbələr